CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq"dan smart kart ödənişləri haqda məlumatla bağlı açıqlama

© Sputnik / Murad OrujovКошелек с манатами, фото из архива
Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.02.2021
Abunə olmaq
"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər"

BAKI, 28 fevral - Sputnik. "İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, abonentlər arasında çaşqınlıq yaradan məlumatlar dogru deyil və həqiqəti əks etdirmir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilir.

"Azərişıq" istehlakçıları belə məlumatlara inanmamağa çağırır:

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər".

Xəbər lenti
0