CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qayıdışla bağlı işçi qrupu yaradıldı - Tərkib açıqlandı

© REUTERS / AZIZ KARIMOVВид на Гадрут, фото из архива
Вид на Гадрут, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
Rəhbəri Azərbaycan Respublikası Prezidentinin köməkçisi olan qrupa on bir qurumdan nümayəndə daxildir.

BAKI, 27 fevral — Sputnik. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış üzrə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya üzrə alt İşçi Qrup yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, İşçi Qrupun rəhbəri və üzvləri aşağıdakı kimi formalaşdırılır:

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi (razılaşmaya əsasən)

İşçi Qrupun üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət

Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda sərəncam imzalayıb. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.

Xəbər lenti
0