CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv Komissiyasında yenilik

© Sputnik / Irade JELIL13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
"Əfv Komissiyasında Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir" - Əliməmməd Nuriyev

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında Komissiyanın iclaslarına start verildiyini, hazırda iclasa getdiyini bildirib.

13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası - Sputnik Azərbaycan, 1920, 27.02.2021
CƏMİYYƏT
Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq

Ə.Nuriyev söyləyib ki, Əfv Komissiyasına xeyli sayda müraciətlər var. Onun sözlərinə görə, artıq komissiyanın üçüncü iclası olub: "İclasda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Bu gün Əfv Komissiyasında dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun Əfv Komissiyasında təmsil olunması, iştirakı çox vacibdir. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunurlar".

Ə.Nuriyev bildirib ki, indiyədək komissiyanın keçirdiyi 3 iclasda daxil olan müraciətlərin 300-dən çoxuna baxılıb. O, bütün müraciətlərə xüsusi həssaslıqla baxıldığını qeyd edib. Bildirib ki, hər bir müraciət çox diqqətlə araşdırılır: "Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə, müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəsi və ağırlıq dərəcəsinə diqqət yetirilir. Cinayətə yol vermiş şəxsin şəxsiyyəti də nəzərə alınır.

Əfv üçün müraciət etmiş şəxslərin səhhəti, yaşı, ailə vəziyyəti, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, həmçinin cəzanın nə qədər müddətinin qalması kimi hallar diqqətdə saxlanılır. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri də mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur".

Ə.Nuriyev yekun qərarın ölkə prezidenti tərəfindən verildiyini söyləyir. Onun sözlərinə görə, prezident əfv etmək qərarını verə bilər: "Güman edirəm ki, Əfv Komissiyası Novruz bayramına qədər bu işlərinin öhdəsindən uğurla gələcək. Qeyd edim ki, cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Biz ölkə prezidentinin fəaliyyətində hər zaman bu humanizm prinsipinin şahidi oluruq".

Xəbər lenti
0