CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"8 Noyabr" stansiyası istismara hazırlanır

© Baku Metro Closed Joint-Stock CompanyСтанция метро "8 Ноября" в Баку
Станция метро 8 Ноября в Баку - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
"Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə "8 Noyabr" adlandırılan 3-cü stansiyası istismara hazırlanır"

BAKI, 27 fevral — Sputnik. Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin hesabatında deyilir.

Qeyd edilir ki, 2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin "Memar Əcəmi" və "Avtovağzal" stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin "Həzi Aslanov" stansiyasının tikintisi işləri davam edir: "Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə "8 Noyabr" adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur".

Xəbər lenti
0