"Azərbaycan ərazisində başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil"

© Sputnik / Mediabanka keçidКолонна российских миротворцев, фото из архива
Колонна российских миротворцев, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Prezident İlham Əliyev: "Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir ara-sıra müəyyən problemlər üzə çıxır".

BAKI, 26 fevral — Sputnik. "Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi. Buna nail olduq. Hərbi qələbə qazandıq. Bu torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"Ədaləti bərpa etdik. Şəhidlərimizin qanını aldıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Sülhməramlılara gəldikdə isə onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır, keçici xarakter daşıyır. Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir ara-sıra müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər", - prezident bildirib.

İlham Əliyev onu da qeyd edib ki, bəzən dünyada, eyni zamanda Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Onların bu gün Azərbaycan ərazisində olması, eyni zamanda azad edilmiş torpaqlara Azərbycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil", - Prezident bildirib.

Xəbər lenti
0