"Xocalı soyqırımı haqqında bütün dünya biləcək"

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев, фото из архива
Президент Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
İlham Əliyev: "Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq"

BAKI, 26 fevral — Sputnik. "Bu gün Xocalı soyqırımı ilə bağlı hesab edirəm ki, dünyada artıq geniş məlumat var. Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bu addımların təkrarı İkinci Qarabağ müharibəsində də müşahidə edilib: "Gəncəni, Tərtəri, Ağdamı və digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir. Böyük dövlətlər, ilk növbədə, Minsk Qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdi. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır. Gəncə şəhərinə, Tərtər, Bərdə və digər şəhərlərə. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var. Tam əminəm ki, illər keçdikcə, Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Bizim vəzifəmiz bundan ibarətdir. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanısınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq".

Prezident bildirib ki, ermənilər yaşlı qadını qəbul edib yaşlı kişini xəstə olduğu üçün qəbul etmədilər: "Dedilər ki, bu artıq xəstədir və bizim ona baxmağa imkanımız yoxdur. Hətta dedilər ki, onun heç bir qohumu yoxdur. Əgər biz onu qəbul etsək ona kim baxacaq?! Baxın, bu əxlaqsığın dərəcəsi varmı, ya yox?!. Nə qədər səy göstərsək də, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bunun şahididir. Onların iştirakı ilə bunu edirdik. Onlar yaşlı kişidən imtina etdilər və bizdə qaldı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə onu xəstəxanaya yerləşdirdik və bütün səylərə baxmayaraq bir müddətdən sonra o kişi rəhmətə getdi. Biz bunu da edirdik, amma onların cavabı nə oldu", - dövlət başçısı bildirib.

Xəbər lenti
0