BAKI, 26 fevral — Sputnik. Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib
Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.