"Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik"

© Official website of President of Azerbaijan RepublicПресс-конференция президента Азербайджана Ильхама Алиева в Баку
Пресс-конференция президента Азербайджана Ильхама Алиева в Баку - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Prezident İlham Əliyev mətbuat konfransında ermənilərlə bağlı deyib: "Onlar deyə bilməzlər ki, onların hansısa "Artsax" adında dövlətləri var".

BAKI, 26 fevral — Sputnik. "Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi perspektivi də anlamaq lazımdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Onlar deyə bilməzlər ki, onların hansısa "Artsax" adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik", - prezident bildirib.

Xəbər lenti
0