SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Biz Xocalıya da qayıdacağıq!" - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев посетил памятник Ходжалинскому геноциду
Президент Ильхам Алиев посетил памятник Ходжалинскому геноциду - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
"Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar" - Prezident

BAKI, 26 fevral — Sputnik. "Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyanın nəzarətində olan torpaqlarına da azərbaycanlılar qayıtmalıdır və qayıdacaqlar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Biz bundan sonra da buna hazırıq. Mən buna əminəm ki, köçkünlər sülhməramlı missiyasının tərkibində olan bölgələrə qayıtmalıdır.  Bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar.  Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları sağalmayacaq" - deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var: "Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavət, nifrətlə dolu açıqlamalar verilib. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur, erməni xalqı bizim vətəndaşlarımızdır, Azərbaycanda minlərlə erməni yaşayır və müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir", - o bildirib.

Xəbər lenti
0