"Övladlarımızın Qarabağda xidmət aparmasını istəmirik" – Yerevanda səslənən tələb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidАрмянские военнослужащие, фото из архива
Армянские военнослужащие, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
"Hara istəyirlər göndərsinlər, amma Ermənistan daxilində. Bizim uşaqlarımızı zorla maşına oturdurlar, bu, bizim üçün yolverilməzdir", - deyə hərbçilərdən birinin atası bildirib.

BAKI, 25 fevral — Sputnik. Ermənistan Müdafiə Nazirliyi önündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xidmət aparan əsgərlərin onlarla valideyni etiraz aksiya keçirir. Sputnik Ermənistan xəbər verir ki, valideynlərdən bəziləri övladlarının Qarabağdan geri qaytarılmasını, digərləri isə məzuniyyətə gəlmiş uşaqlarının Qarabağa aparılmasının qarşısını almağa çalışır.

Hərbi hissədən qaçmış əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin önünə gəlib.

"Mən övladımın Qarabağda xidmət aparmasını istəmirəm. Hara istəyirlər göndərsinlər, amma Ermənistan daxilində. Bizim uşaqlarımızı zorla maşına oturdurlar, bu, bizim üçün yolverilməzdir", - deyə hərbçilərdən birinin atası bildirib.

Ermənistanda hərbi hissələrdən birində insident yaşanıb. Sputnik Ermənistan xəbər verir ki, müddətli xidmət edən əsgərlər məzuniyyətdən sonra xidmətə qayıtmaq istəməyiblər.

Belə ki, fevralın 23-ü bir qrup hərbçi və onların valideynləri əsgərlərin daimi dislokasiya yerlərinə qayıtmasına mane olmağa çalışıb. Nəticədə hərbi hissənin ərazisində qarşıdurmalar yaşanıb, bəzi hərbçilər isə vəziyyətdən istifadə edərək hərbi hissəni özbaşına tərk ediblər.

Hərbi hissə komandanlığı xidməti araşdırma başladıb, dezertir əsgərləri hərbi polis axtarır, onların barəsində cinayət işləri başladılıb.

Ermənistan Müdafiə Nazirliyi baş verənləri qınayır və vətəndaşları Silahlı Qüvvələrin döyüş qabiliyyətini təhdid altına alan və post-müharibə dövründə hərbi hədəflərin yerinə yetirilməsinə mane olan bu cür aksiyalardan çəkinməyə çağırır.

Xəbər lenti
0