BAKI, 25 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində təyinat olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısının əmri ilə qeyd olunan şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Orxan Xəqani oğlu Aydınov təyin edilib.
Qeyd edirik ki, Orxan Aydınov 2016-cı ildən Səbail RİHBA-nın İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.