CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocalı soyqırımına dair virtual sərgi açılıb

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 25.02.2021
Abunə olmaq
Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların bəzi işləri yer alıb

BAKI, 25 fevral — Sputnik. Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş "Xocalı - Tarixi ədalət" adlı virtual sərgi açılıb.

Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan, 1920, 25.02.2021
MƏDƏNİYYƏT
Altmış üç qətl edilmiş mələkdən biri - "Xocalı Nişanəsi" - VİDEO

Sputnik Azərbaycan xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücaətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan Ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.

Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda "Xocalı - şəhid şəhər" adlı müsabiqənin yekun sərgisinin iştirakçılarının bəzi işləri yer alıb.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Xəbər lenti
0