BAKI, 25 fevral — Sputnik. Ermənistan təhlükəsizlik sahəsində ölkəsinin bir nömrəli tərəfdaşı olan Rusiya ilə əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Sputnik Ermənistan xəbər verir ki, bunu hökumətin iclasında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, ötən ilin noyabrın 18-də Ermənistanın Silahlı Qüvvələrində islahatları da nəzərdə tutan fəaliyyət planını təsdiqləyib.
"Biz təhlükəsizlik sahəsində ölkənin bir nömrəli tərəfdaşı olan Rusiya ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətindəyik. Biz əminik ki, nəticədə bu, təhlükəsizlik, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində daha effektiv olacaq", - deyə Paşinyan vurğulayıb.