BAKI, 25 fevral — Sputnik. London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Böyük Britaniyada fəaliyyət göstərən "Natəvan Qrup"unun rəhbəri Səbinə Quliyevanın təşəbbüsü ilə London və Edinburq şəhərlərində "Xocalıya ədalət" yazılmış lövhələr quraşdırılıb.
Xocalı soyqırımının 29-ci ildönümü ərəfəsində İngiltərənin və Şotlandiyanın paytaxtlarında həyata keçirilən bu aksiyanın məqsədi şəhər sakinlərinin diqqətini 29 il öncə erməni silahlı qüvvələrinin dinc Azərbaycan vətəndaşlarına qarşı vəhşicəsinə, xüsusi amansızlıqla törətdikləri kütləvi qırğına cəlb etmək, dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən xalqımızın haqlı və ədalətli tələbinin eşidilməsinə nail olmaqdır.
"Xocalıya ədalət!" sözləri əks olunmuş lövhələrin iki həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulub.