BAKI, 25 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklər idarə rəhbərləri və komandirləriin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. “Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan və məsuliyyətsiz addımdır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Ermənistanın Baş naziri və onun hökuməti bu həyatı əhəmiyyətli və böhran anında artıq adekvat qərarlar qəbul etmək iqtidarında deyil.