BAKI, 24 fevral — Sputnik. Mövcud hava şəraiti ilə əlaqədar Sumqayıt-Pirşağı-Bakı qatarı gecikib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə sərnişinlər məlumat yayıblar.
Məlumatlara görə, 07:40-da yola düşməli olan qatar yolların qarlı olması səbəbindən 07:52-də yola düşüb. Nəticədə stansiyalar arası intervallar artıb.
Eləcə də 07:50 və növbəti qatarlar da Sumqayıt stansiyasından gec çıxıb.
Qeyd edək ki, fevralın 23-ü saat 16-dan etibarən paytaxtda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb.