Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lökbatan dairəsində zəncirvari qəza - Bir nəfər öldü

© AP Photo / John MinchilloСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Avtomagistrallarda qəzalar baş verib.

BAKI, 24 fevral — Sputnik. Qaradağ rayonu ərazisində baş verən avtomobil qəzası nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2021
HADİSƏ
Maşınlar bir-birinə girdi, Bakıya gələn yol bağlandı
 Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, Bakıda zəncirvari yol qəzası olub. Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

Fevralın 23-ü saat 16-dan etibarən Azərbaycanda hava soyuyub. Güclü şimal küləyi əsib, qar yağmağa bağlayıb. Bu gün səhər paytaxtda havanın temperaturu mənfi 5 dərəcə C-yə düşüb. Bir çox yollar buz bağlayıb. Bakı ərazisində səhər saatlarında nəqliyyatın hərəkətində problemələr olub. Avtomagistrallarda qəzalar baş verib.

Xəbər lenti
0