SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkdilli dövlətlərin birgə təlim mərkəzləri yaradılsın: Qırğızıstan estafeti bizə verdi

© Sputnik / Murad OrujovМинистр энергетики республики Парвиз Шахбазов
Министр энергетики республики Парвиз Шахбазов - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

BAKI, 24 fevral — Sputnik. Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin 1-ci görüşü keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın energetika naziri Pərviz Şahbazov və TDƏŞ-in Baş katibi Bağdad Amreyevin açılış nitqləri ilə başlayıb. İclasa sədrlik edən nazir bildirib ki, türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nüfuzlu, çoxtərəfli əməkdaşlıq formatı kimi uğurla inkişaf edir və Azərbaycan bu əməkdaşlığın humanitar müstəvidən çoxşaxəli iqtisadi müstəviyə doğru genişlənərək inkişafına öz töhfəsini verir:

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3,5 dəfə artaraq 4,4 milyard ABŞ dollarına çatıb. Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17,9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,3 mlrd. ABŞ dolları sərmayə yatırıb".

Nazir Pərviz Şahbazov bütün sahələrdə olduğu kimi enerji sahəsində də yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin Türk Şurası formatında enerji əməkdaşlığı modeli üçün də əsas rol oynadığını bildirib: "Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 431 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr qaz nəql olunub. Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir".

Верующие перед намазом на площади Султанахмет у собора Святой Софии в Стамбуле  - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Türkdilli ölkələr "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair razılığa gəliblər

Azərbaycanın təşkilata sədrliyinin mürəkkəb bir dövrə təsadüf etməsinə baxmayaraq, nümunəvi səviyyədə olan həmrəylik və səmərəli qarşılıqlı fəaliyyətlə yadda qaldığı vurğulanıb. Azərbaycana 44 günlük Vətən müharibəsi dövründə ən çox dəstək verən təşkilatın məhz Türk Şurası olduğu qeyd edilib. Azad edilmiş ərazilərin bərpasında, həmçinin Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin iştirakı əməkdaşlığı dərinləşdirəcək imkanlar kimi diqqətə çatdırılıb.

Təşkilatın Baş katibi Bağdad Amreyev energetika sahəsində əməkdaşlığın Türk Şurasına üzv dövlətlər üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqinin təşkilatın əsas məqsəd və vəzifələrindən biri olduğunu bildirib. O, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində olan nümunəvi əməkdaşlıqdan bəhs edərək, Cənub Qaz Dəhlizinin gələcək uğurlu əməkdaşlıqlara imkanlar açdığını qeyd edib.

Görüşdə, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Nurlan Noqayev, Qırğızıstanın energetika və sənaye nazirinin müavini Veronika İsayeva, Özbəkistan energetika nazirinin elm və innovasiyalar üzrə müşaviri Əziz Əliməhəmmədov və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin energetika və iqlim üzrə xüsusi səfiri Dora Zombori çıxış edib.

Бизнесмены, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.11.2020
İQTİSADİYYAT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin investisiya fondu yaradılır

Nazirlər görüşündə fevralın 23-də keçirilmiş energetika üzrə işçi qrupunun birinci iclasının hesabatı nəzərdən keçirilib, enerji marşrutlarının inkişafı və şaxələndirilməsi, enerji resursları və neft-kimya məhsullarının istehsalı və tədarükündə regiondaxili əlaqələrin gücləndirilməsi, neft və qaz sektorunda, bərpa olunan enerji mənbələri və qabaqcıl texnologiyaların inkişafı üçün investisiya mühitinin yaxşılaşdırılması, enerji səmərəliliyi üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda, energetika sahəsində birgə təlim mərkəzinin yaradılması, təcrübə mübadiləsi məqsədilə tədbirlərin keçirilməsi təklif edilib.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.

Xəbər lenti
0