Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzərdə dalğanın hündürlüyü 2.3 metrə çatıb - FAKTİKİ HAVA

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidБольшие волны на море, фото из архива
Большие волны на море, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib.

BAKI, 23 fevral - Sputnik. Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, fevralın 23-ü saat 17:00-a olan məlumatına əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib. Bakıda hazırda yağış yağır. 

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Xəbər lenti
0