CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tatlısəs özündən 43 yaş kiçik sevgilisi ilə gündəmə gəlib

© AP Photoİbrahim Tatlısəs, arxiv şəkli
İbrahim Tatlısəs, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 23.02.2021
Abunə olmaq
Gülçin Karaqaya məşhurla birlikdə təyyarədə Bodruma uçarkən selfi çəkərək "Instagram"da paylaşıb və fotunun altından "Biz yenə yollardayıq" yazaraq, Tatlısəsi ürək emojisi ilə işarələyib

BAKI, 23 fevral — Sputnik. Bir neçə gün öncə yeni imici ilə diqqət çəkən İbrahim Tatlısəs indi də gənc sevgilisi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış müğənninin sevgilisi özündən 43 yaş kiçik Gülçin Karaqaya adlı gənc xanımdır. O, məşhurla birlikdə təyyarədə Bodruma uçarkən selfi çəkərək "Instagram"da paylaşıb və fotunun altından "Biz yenə yollardayıq" yazaraq, Tatlısəsi ürək emojisi ilə işarələyib.

Qeyd edək ki, cütlük arasındakı münasibətlərə dair İ.Tatlısəs "Sol qolum işləmir. Gülçin mənim sol qolumdur", - deyə açıqlama verib.

Xəbər lenti
0