BAKI, 22 fevral — Sputnik. Prezident İlham Əliyev "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı kimidir:
Müşahidə Şurasının sədri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.