Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Professor: “Vaksinasiyanın nəticələri haqqında danışmaq hələ tezdir”

© Photo : ARB TVВрач Адиль Гейбулла
Врач Адиль Гейбулла - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Professor, həkim Adil Qeybulla deyir ki, immunitetin yaranması vaksinasiyadan 42 gün sonra baş verir
Adil Qeybulla: “Hər hansı ağırlaşmalar və fəsadlar müşahidə edilməyib”

“Gələn həftədən vaksinasiya prosesinin ikinci mərhələsinə başlanılması planlaşdırılır”. Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, müşahidə etdiyi tibb müəssisəsində vaksinasiya prosesi effektiv aparılıb: “Mən özüm də birinci mərhələdə vaksinasiya olunmuşam və ikinci mərhələ üçün bizim immun pasportumuz orada saxlanılıb. Bu baxımdan vaksinasiyanın nəticələri haqqında danışmaq hələ tezdir. İmmunitetin yaranması vaksinasiyadan 42 gün sonra baş verir. Amma hesab edirəm ki, ümumi olaraq vaksinasiya prosesi pis getmir. Hər hansı ağırlaşmalar və fəsadlar müşahidə edilməyib. Vaksinasiya ilə bağlı qərəzli şəkildə yayılan dezinformasiyalar və antivaksin kampaniyaları düzgün deyil”.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ikinci mərhələdə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.

Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0