Ermənistan Gümrüdəki bazanın genişlənməsində maraqlıdır

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidRusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazası - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Ermənistan ərazisində yerləşən Rusiya bazasının genişlənməsi və gücləndirilməsi məsələsi həmişə gündəlikdə olub və Ermənistan tərəfi həmişə bunda maraqlı olub.

BAKI, 22 fevral — Sputnik. Ermənistan tərəfi Gümrüdə yerləşən 102 saylı hərbi bazanın genişlənməsi və potensialının artırılmasında maraqlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"-yə müsahibəsində Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bildirib.

"Ermənistan ərazisində yerləşən Rusiya bazasının genişlənməsi və gücləndirilməsi məsələsi həmişə gündəlikdə olub və Ermənistan tərəfi həmişə bunda maraqlı olub. Bunun da çox sadə səbəbi var. Çünki bu baza Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Silahlı Qruplaşmasının tərkibinə daxildir və ona görə də onun imkanlarının artırılması avtomatik olaraq Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur", - deyə nazir qeyd edib.

O qeyd edib: "Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqlar nəzərə alınıb və bazanın güclənməsi, silahlandırılması istiqamətində düzgün addımlar atılıb. Əminəm ki, bu məsələ uzunmüddətli xarakter daşıyır".

Xəbər lenti
0