Fevralın 2-də Prezident İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamı Sputnik Azərbaycan-a şərh edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan dövləti tərəfindən mütəmadi olaraq strateji proqramlar müəyyənləşdirilir və mərhələli şəkildə icra edilir:
“Bu günə qədər regionların inkişafı, gənclər və təhsillə bağlı reallaşdırılan proqramlar uğurla həyata keçirilib. Ötən il bütün dünya üçün ağır sınaq ili oldu, ancaq Azərbaycan ili qələbə ilə başa vurdu. Bu isə ölkə qarşısında yeni çağırışlar deməkdir. Cənab prezident tərəfindən imzalanmış bu sərəncam azad edilmiş torpaqlarımıza qayıdışı uğurla həyata keçirməyə imkan yaradacaq. 2030-cu ilə qədər strateji vəzifələr müəyyənləşdirilib”.
Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz