BAKI, 21 fevral - Sputnik. Nigeriya paytaxtında hərbi təyyarə qəzaya uğrayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, King Air 350 hərbi təyyarəsi Abucada, uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb.
AIRCRAFT ACCIDENT
— Air Vice Marshal Ibikunle Daramola (@KunleDaramola3) February 21, 2021
This is to confirm that a Nigerian Air Force (NAF) Beechcraft KingAir B350i aircraft crashed while returning to the Abuja Airport after reporting engine failure enroute Minna. First responders are at the scene. Sadly, all 7 personnel on board died in the crash
Hadisə şahidləri qəza yerindən video paylaşıblar. Görüntülərdə xilasedicilərin təyyarənin qalıqlarının üzərinə su tökdükləri görünür.
Bildirilir ki, təyyarə Minna şəhərinə uçurmuş. Mühərrikində nasazlıq baş verdiyindən yerə çırpılıb. Nigeriya HHQ-nin məlumatına görə, təyyarənin göyərtəsində olan 7 hərbçi həlak olub.