Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Maskanın kəraməti - qərb qonşumuz bütün COVID məhdudiyyətlərini götürməyə hazırlaşır

© REUTERS / Irakli GedenidzeСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии  - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Tibb işçilərinin əksini düşünmələrinə rəğmən, maska taxmaq infeksiyanın yayılmasında daha effektiv üsul imiş. Bu səbəbdən Gürcüstan bütün karantin qadağalarını götürə bilər.

BAKI, 21 fevral - Sputnik. Gürcüstan yaxın bir neçə həftədə bütün pandemiya qadağalarını götürə bilər.

Sputnik Gürcüstan-ın məlumatına görə, Qurumlararası Koordinasiya Şurası komendant saatının dəyişdirilməsi, eləcə də tədricən bütün qalan məhdudiyyətlərin götürülməsini nəzərdən keçirir. Tbilisi İnfeksion Xəstəxanasının rəhbəri Tengiz Tsertsvadzenin fikrincə, bu, 2-3 həftə vaxt apara bilər.

Həkimin sözlərinə görə, Gürcüstan hökumətindəki dəyişikliklər səbəbindən yeni baş nazirin məhdudiyyətlərin ləğvi barədə siyasətinin necə olacağı bəlli deyil. 

"Bilirsiniz ki, hazırda hökumətdə dəyişiklik edilir. Hələ bilmirik, yeni rəhbərliyin mövqeyi necə olacaq: bu prosesi tezləşdirəcəkmi, yoxsa daha ehtiyatlı davranacaq. Ancaq biz dayanmırıq. Gürcüstan yumşalmalara başlayandan bəri hər bir-iki həftədən bir tələblərin bir qismi aradan qaldırılır. Təxminən iki-üç həftədən sonra bütün məhdudiyyətləri götürəcəklər", - Tsertsvadze Birinci kanalın efirində deyib.

Həkimin sözlərinə görə, tibb işçilərinin əksini düşünməsinə rəğmən, maska taxmaq infeksiyanın yayılmasının qarşısını daha effektiv surətdə alır.

"Yadınızdadır, bir vaxtlar deyirdilər ki, maska taxmaq infeksiyadan qorumur? Xeyr, faktiki olaraq müdafiə təmin olunur. Özü də bizim fikirləşdiyimizdən daha güclü. Ona görə də hazırda əhalinin maska taxması, sosial məsafəni qoruması vacibdir. Vaksinasiya ilə məhdudiyyətlərin götürülməsi məsələlərinə qaldıqda isə - bunlar yaxın vaxtlarda həllini tapacaq", - həkim deyib.

Медицинские работники в госпитале COVID-19 в ГКБ №15 имени О. М. Филатова, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.02.2021
SƏHİYYƏ
Alimlər koronavirus immunitetinə dair kəşf ediblər

İlkin mərhələ olaraq fevralın sonunda Gürcüstana tibb işçilərinin peyvəndlənməsi üçün 29250 doza Pfizer vaksini gətiriləcək. Vaksin üçün gərəkli olan 50 min xüsusi şpris oraya artıq çatdırılıb. Doqquz tibb müəssisəsi vaksinasiya üçün hazırlanıb, yaxın vaxtlarda onların sayı 15-ə çatdırılacaq.

Qeyd edək ki, pandemiya başlayandan Gürcüstanda koronavirusa yoluxanların sayı 270 minə yaxındır. Onlardan 261 637 nəfəri müalicə olunaraq sağalıb. 3435 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib. Gürcüstanda ilk COVID-19-a yoluxma halı ötən il fevralın 26-da qeydə alınıb.

Pandemiyanın ilk günlərindən Gürcüstan məhdudiyyətlər tətbiq etməyə başladı. Görülən tədbirlərə görə öncə bu ölkədə yoluxma və ölüm sayı həddən artıq az idi və bir çox dövlətlərə qərb qonşumuz nümunə göstərilirdi. Sonra səylərə rəğmən, orada da yoluxma və ölüm sayı artdı. Müqayisə üçün bildirək ki, pandemiya başlayandan Azərbaycanda 233 129 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3198 nəfər vəfat edib. Bizim ölkəmizdə də aprel ayınadək xüsusi karantin rejimi qüvvədədir.

Xəbər lenti
0