Gürcülər yenə etirazda: kimi yanacaq qiymətinə qarşıdır, kimi də çadır qura bilmir - VİDEO

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidGürcüstanda etirazlar
Gürcüstanda etirazlar - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Hökumət yanacağın qiymətinə nəzarəti ələ almayanadək etirazçılar aksiyaları davam etdirəcəklərinə söz veriblər

BAKI, 21 fevral - Sputnik. Gürcüstanın bir neçə şəhərində fərqli səbəblərdən etiraz aksiyaları keçirilir.

Qərb qonşumuzun üç iri şəhərində - Tbilisi, Kutaisi və Batumidə eyni zamanda yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq aksiyalar başlayıb.

Sputnik Gürcüstan-ın məlumatına görə,  son 3-4 həftə ərzində yanacağın qiymətinin orta hesabla 40 tetri qalxması taksi və mikroavtobus sürücüləri üçün ciddi problemlər yaradıb.

Gürcüstan parlamenti - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Gürcüstan narahatdır: Regionda olduqca mürəkkəb vəziyyət yaranıb

"Yanacağa gürcü qiymətlərinə qarşı" şüarı ilə keçirilən aksiyalarda sürücülərə turoperatorlar, otel sahibləri, eləcə də pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlərdən ziyan görənlər də qoşulublar.

Etirazçılar Rike parkının yanında toplaşıblar, sonra isə Tbilisinin mərkəzindəki Birinci Respublika meydanına yürüş etmək niyyətindədirlər.  

Kutaisidə isə sürücülər şəhər meriyasının qarşısında yolu kəsiblər. Hadisə yerinə polislər, onların ardınca isə yerli müxalifətçi siyasətçilər və fəallar gəliblər. 

"Yanacağın qiyməti qəfil qaldırıldı. Belə şəraitdə mikroavtobuslarla taksilərin işləməsi mümkün deyil. Onda gərək gedişhaqqı da qaldırılsın. Bunun mənası var? Vətəndaşlar bahalaşma səbəbindən bizim nəqliyyatdan istifadə edə bilmirlər", - aksiya iştirakçılarından biri deyib.

Hökumət yanacağın qiymətinə nəzarəti ələ almayanadək etirazçılar aksiyaları davam etdirəcəklərinə söz veriblər.

Tbilisidə, Rustaveli prospektində, Parlament binasının qarşısına toplaşanlardan səkkiz nəfəri isə həbs edilib. Onların niyyətinin yanacağın qiymətinə etiraz etmək yox, Parlament yanında çadır qurub mühazirə oxumaq istəyi olduğu deyilir.

Aksiya Gürcüstanda ilk Konstitusiyanın qəbul edilməsinin 100 illiyinə həsr olunmuşdu. Ancaq polis iştirakçılara çadır qurmağa icazə verməyib. Fəalların isə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi - hüquq-mühafizə orqanlarının qanuni tələblərinə əməl edilməməsinə görə həbs olunduqları bildirilib.

Xəbər lenti
0