CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gədəbəy sakini güllələndi

© pixabay / jasongillman / Мужчина с охотничьим ружьем в руках. Архивное фото
Мужчина с охотничьим ружьем в руках. Архивное фото - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
Dovşan üçün nəzərdə tutulan gülləyə tuş gələn 1978-ci il təvəllüdlü kişi Gədəbəydə xəstəxanaya çatdırılıb.

BAKI, 21 fevral - Sputnik. Gədəbəydə silahlı insident baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. 

Xəsarət alan şəxs 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğludur. O, qarın nahiyəsindən güllə yarası alıb. DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımovun sözlərinə görə, hadisə ehtiyatsızlıqdan baş verib: rayon sakini, 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0