Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bitkoin çörəyimizlə oynayır: Maliyyə "köpükləri" partlayanadək qiymət artımı qaçılmazdır

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidКамера охлаждения готового хлеба
Камера охлаждения готового хлеба - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
İqtisadçılar Nazirlər Kabinetinin ərzaqlıq buğda ilə bağlı verdiyi qərara münasibət bildiriblər. Onların fikrincə, un istehsalı ilə məşğul olanlara 35 manat subsidiyanın verilməsi qiymətlərin tarazlanmasına dəstək verəcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərar verib. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat subsidiya veriləcək. Bundan əlavə, müvafiq qurumlar ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, hökumət bu istiqamətdə qərarlıdır və çörəyin qiymətinin bahalaşmamasına çalışır:

"Məhz çörək zəruri tələbat məhsuludur. Hökumət davamlı olaraq çörəyin bahalaşmaması üçün çalışır. Ona görə də taxılın idxalına ƏDV-nin tətbiqi dayandırılıb. Lakin digər un məhsulları məsələn, şirniyyatlar zəruri tələbat məhsulları deyil. Bu məhsulların bazarda qiyməti alıcılıq qabiliyyətinə uyğun dəyişə bilir".

İqtisadçı bildirib ki, un istehsalı ilə məşğul olanlara 35 manat subsidiyanın verilməsi qiymətlərin tarazlanmasına dəstək verəcək: "Ola bilər dünyada taxılın qiyməti daha da artsın və bu zaman Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi zərurəti yarana bilər. Əgər taxılın qiyməti çox artsa və kompensasiya məbləği dəyişməsə, bazarda unun qiyməti qalxa bilər. Yerli buğdanın əsas hissəsi, keyfiyyətin aşağı olması və s. səbəbdən digər məqsədlər üçün istifadə olunur. Qida üçün istifadə edilən taxıl isə əsasən idxal edilir".

Камера охлаждения готового хлеба - Sputnik Azərbaycan, 1920, 06.06.2020
İQTİSADİYYAT
Çörək üstündə dava əbəsdir - Nazirlikdən açıqlama

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən dollar emissiyasının kəskin şəkildə artırılması, eləcə də digər mərkəzi emissiya orqanları tərəfindən dünya üzrə pul kütləsinin artımı inflyasiya ilə nəticələnməlidir: "Aparıcı aktivlərin qiyməti xeyli dərəcədə artır. Buna inflyasiyadan daha çox valyutaların devalvasiyası kimi yanaşmağın tərəfdarıyam. Çünki neftin, qızılın və digər qiymətli metalların qiymətlərində artımlar var. Digər aktivlərdə də artım var. Bitkoindəki vəziyyət göz qabağındadır. Belə olan halda bütün aktivlərin qiymətinin valyuta ilə ifadədə artımı qaçılmazdır".

Professorun fikrincə, bu proses hələ bir müddət davam edəcək:

"Bazarlardakı kəskin çöküş prosesi reallaşdırılanadək, maliyyə "köpükləri" partlayanadək qiymət artımı qaçılmazdır. İlk növbədə dövlətin dəstəyi olan ölkələr bu qiymət artımı qarşısında daha dayanıqlılıq nümayiş etdirəcək. Eyni zamanda idxaldan asılılığı az olan ölkələr daha dayanıqlı şəkildə böhrandan çıxa biləcək".

"Dövlət tərəfindən subsidiyaların verilməsi müsbət haldır, amma paralel olaraq sistemli şəkildə struktur təhlil aparılmalı və ölkəmizdə idxaldan asılılıq kəskin şəkildə azldılmalıdır. Bu, olduqca mühüm məsələdir. Ən azından buğda və digər strateji məhsullar üzrə daxili bazarın yerli istehsal hesabına təmin olunması prosesi reallaşdırılmalıdır"-deyə o əlavə edib.

Xəbər lenti
0