2021-ci ilin birinci ayı arxada qalıb və artıq onun nəticələrini keçənilki göstəricilərlə müqayisə edə bilərik. Statistikaya əsasən, geridə qoyduğumuz yanvar ayında Azərbaycanda ÜDM-nin həcmi ötən ilin eyni dövründəki kimi 6 milyard manatı keçib. Bununla belə, rəqəmlərdə 2,5%-lik fərq müşahidə olunur.
Oxucularımız yanvar ayında ümumi daxili məhsulun strukturu və hansı sahələrin üstünlük təşkil etdiyi barədə məlumatlarla Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasından tanış ola bilərlər.
Eləcə də bu məlumatları əvvəlki illərin eyni dövrü üzrə göstəricilərlə müqayisə etmək və ildən-ilə dinamikanın necə dəyişdiyini izləmək mümkündür.