BAKI, 19 fevral - Sputnik. Tanzaniya prezidenti Con Maqufuli ölkə xəstəliklərə qalib gəlsin deyə əhalini üç gün dalbadal dua etməyə səsləyib. Sputnik Azərbaycan bildirir ki, prezident East Africa Radio-nun qonağı olarkən vətəndaşlara səslənib.
Maqufulinin sözlərinə görə, xəstəliklər hər zaman olacaq.
"Tanzaniyalılardan bir daha xahiş edirəm, bu çətin situasiyada Allaha yalvarmağa davam edək. Gəlin bu gündən başlayaq - bizim müsəlman qardaşlarımız dua etsinlər, sabah, şənbə günü adventist qardaşlarımız, bazar günü isə xristian qardaşlarımız tanrıya yalvarsınlar", - prezident deyib.
Siyasətçi qeyd edib ki, ötən il Tanzaniya "qələbə qazanaraq" özünütəcrid tətbiq etməyib, iqtisadiyyatını da qoruyub.
Maraqlıdır ki, Tanzaniya 2020-ci ilin mayından bəri ölkədə koronavirusa yoluxma və ölüm statistikasını yeniləmir.