Azərbaycanın nadir xalçaları Rusiyada nümayişə çıxarıldı - FOTO

© Photo : Azerbaijan National Carpet MuseumОткрытие выставки «Вплетая нить судьбы в ковер… Декоративно-прикладное искусство Азербайджана в собрании Российского этнографического музея»
Открытие выставки «Вплетая нить судьбы в ковер… Декоративно-прикладное искусство Азербайджана в собрании Российского этнографического музея» - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan xalqımızın milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin misilsiz nümunələri hesab olunan 40-dan çox xalça və xalça məmulatlar nümayiş etdirilir.

BAKI, 19 fevral — Sputnik. Rusiya Etnoqrafiya Muzeyində yüzdən çox nadir eksponatın təqdim edildiyi “Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” adlı sərginin açılış mərasimi olub.

Выставка ковров “Умелые руки, волшебные нити” в Баку  - Sputnik Azərbaycan, 1920, 18.02.2021
MƏDƏNİYYƏT
"Bu sərgi ermənilərin növbəti oğurluğudur" - Nazirlik

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib. Bildirilir ki, Rusiya Etnoqrafiya Muzeyinin ekspertləri Azərbaycan Milli Xalça Muzeyinin mütəxəssisləri ilə birgə Rusiyanın ən böyük etnoqrafik muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri üzərində tədqiqat apararaq, onların məişət təyinatını, istehsalat texnikasını, bədii xüsusiyyətlərini öyrəniblər. Bu tədqiqatların nəticəsi kimi irihəcmli kataloq çap edilib, həmçinin sərgi üçün ən maraqlı əsərlər seçilib. Sərginin açılış mərasimində sərgi ilə eyniadlı həmin kataloq da ictimaiyyətə təqdim olunub.

Sərgidə Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında qorunan xalqımızın milli qürur mənbəyi və maddi-mənəvi mədəniyyətinin misilsiz nümunələri hesab olunan 40-dan çox xalça və xalça məmulatları, habelə Azərbaycan sənətkarlarının XIX-XX əsrlərə aid digər dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilir. Əksəriyyəti XIX əsrin ikinci yarısı – ХХ əsrin ilk onilliyinə aid xalçalar arasında XVIII əsrin sonunda Bakıda toxunan qədim və əsrarəngiz "Suraxanı" xovlu xalçası da yer alır. Sərgidə ilk dəfə Azərbaycanın bir çox tikmə, basma naxış, mis üzərində döymə və qadın geyim nümunələri də nümayiş olunur.

© Photo : Russian Ethnographic Museum
“Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin açılış mərasimi - Sputnik Azərbaycan
1/4
“Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin açılış mərasimi
© Photo : Russian Ethnographic Museum
“Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin açılış mərasimi - Sputnik Azərbaycan
2/4
“Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin açılış mərasimi
© Photo : Azerbaijan National Carpet Museum
“Tale ipini xalçaya toxuyaraq... Azərbaycan dekorativ-tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin açılış mərasimi - Sputnik Azərbaycan
3/4

4/4

Qeyd edək ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin,  Sankt-Peterburq Xarici Əlaqələr, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin İcrası və Mədəniyyət komitələrinin nümayəndələri, Azərbaycan Milli Xalça Muzeyinin, Rusiya Etnoqrafiya Muzeyinin, habelə digər muzey və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Rusiya ilə Azərbaycanın ortaq mədəni irsinin zənginliyini və əhəmiyyətini əks etdirən bu layihə iki ölkə arasında dialoq və humanitar əməkdaşlığın inkişafı, muzey kolleksiyalarının qorunması, öyrənilməsi və kütləvi təqdimatı sahəsində uğurlu qarşılıqlı fəaliyyət nümunəsi hesab edilə bilər.

Sonda qeyd edək ki, fevralın 18-dən başlayan sərgi mayın 18-dək ziyarətçilər üçün açıq olacaq.

Xəbər lenti
0