Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Soydaşımızın rəhbərlik etdiyi əcnəbi şirkəti "Dostluq" yatağının işlənməsinə qatılacaq

© AZƏRTACneft buruğu
neft buruğu - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
"Biz "Lukoyl"un "Dostluq" yatağının işlənməsində iştirak etmək niyyətini alqışlayırıq və bu layihənin işlənməsi üçün konkret investisiya layihələrini nəzərdən keçirməyə hazırıq".

BAKI, 19 fevral — Sputnik. Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan və Türkmənistanın birgə yatağı olan "Dostluq" yatağının işlənməsində iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkmənistanın "TurkmenPortal" nəşri məlumat yayıb.

Nəşr yazır ki, müvafiq razılaşma Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun görüşü zamanı əldə olunub.

"Biz "Lukoyl"un "Dostluq" yatağının işlənməsində iştirak etmək niyyətini alqışlayırıq və bu layihənin işlənməsi üçün konkret investisiya layihələrini nəzərdən keçirməyə hazırıq", - deyə Berdiməhəmmədov bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcək.

Bu, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, "Dostluq" yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. "Dostluq" yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

Xəbər lenti
0