BAKI, 19 fevral — Sputnik. "ASAN xidmət" Vətən müharibəsi qazisi ilə tibb bacısının nikahını qeydə alıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun sosial şəbəkəsindəki hüsabında məlumat paylaşılıb.
Bildirlir ki, nikaha daxil olan şəxslər Vətən müharibəsi iştirakçısı, qazimiz Rüstəm və həmin müharibədə tibb bacısı kimi iştirak edərək yaralı əsgərlərimizə kömək edən Esmira olublar.
Cütlüyümüzə xoşbəxtlik diləyirik!