CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Nur şəhəri" niyə "çirkab şəhəri"nə çevrilir - Sakinlərin harayı

© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yaşayış evi
Mingəçevirdə qəzalı yaşayış evi - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Mikayıl Müşviq küçəsi 3-də yerləşən binanın ən yaşlı sakini Şöbə Əliyeva 65 ildir hazırda qəzalı olan binada yaşayır. O, son bir neçə ildə acınacaqlı vəziyyətə düşən 2 mərtəbəli binada şəraitsizlikdən nəvəsini evləndirə bilmədiyini bildirib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Mingəçevir ölkənin 4-cü böyük şəhəridir. Buranın adı çəkiləndə ilk olaraq ağıla gələn Kür çayı, burada yerləşən İstilik Elektrik Stansiyası olur. Son illər “Nur şəhəri” nə turizm bölgəsi kimi də səfərlər artıb. 1948-ci ildə salınan Mingəçevir səliqəli küçələri, parkları, xiyabanları ilə göz oxşayır. Amma illər keçdikcə şəhər salınan vaxtı inşa edilən bəzi binalar yararsız vəziyyətə düşüb. 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş Təbriz  küçəsi 2/17 və Mikayıl Müşviq 3 ünvanında yerləşən 2 mərtəbəli binalar hazırda təhlükəli vəziyyətdədir. Burada yaşayan sakinlər bildirir ki, binalar o dövrdə necə inşa edilibsə eldə qalıb. Yəni mənzillərdə nə hamam otağı var, ayaqyolu isə həyətdə ümumi istifadədədir. Bina sakini Nabat Həmidova Sputnik Azərbaycan-la söhbətində kanalizasiya xəttinin olmadığını, bu səbəbdən çirkli suları qablara yığıb əlləri ilə daşıdıqlarını deyib: 

“Hansı əsrdir, hansı dövrdür, şəhərdə su qızıdırıb üzr istəyrəm, vannada yuyunasan. Mən əlimi yumaq üçün gözləməliyəm ki, uşağım dursun mənim əlimə su töksün, mən əl-üzümü yuyum. Sonra da o çirkli suyu aparıb atmalıyıq harasa. Gecə olan da ümumiyyətlə problemdir. Bizim evdən 500 metr məsafə var ayaqyolu arasında, işıq yox, lap olsa da gecə hara getsin camaat? 2014-cü ildə şəxsən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov özü bura gəlib baxış keçirib. Binanın qəzalı olması haqda dəfələrlə aktlar tərtib olunub. O, cümlədən də həmin vaxt akt tərtib olunub. Bir il müddətinə bizim yəni bu binaların köçürülməsi və bizi yeni mənzillərlə təmin edilməsi haqqında söz verilib. O vaxtdan da biz gözləyirik”.

© Sputnik / Rahim MammadovMingəçevirdə qəzalı yaşayış evinin sakini
Nur şəhəri niyə çirkab şəhərinə çevrilir - Sakinlərin harayı - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Mingəçevirdə qəzalı yaşayış evinin sakini

Mikayıl Müşviq küçəsi 3-də yerləşən binanın ən yaşlı sakini Şöbə Əliyeva 65 ildir hazırda qəzalı olan binada yaşayır. O, Sputnik Azərbaycan-a açıqlamasında son bir neçə ildə acınacaqlı vəziyyətə düşən 2 mərtəbəli binada şəraitsizlikdən nəvəsini evləndirə bilmədiyini bildirib:

“10 ildir mənim nəvəm əsgərikdən gəlib, hələ ailə qura bilmir. Heç bir qapıya elçi gedə bilmirik ev dərdindən. Binada ayaqyolu yox, hamam yox. Aftafanı götürüb düşürəm aşağı. Mən 90 yaşında arvad necə düşüm? Cavan vaxtı düşmüşəm, daha indi düşə bilmirəm. 1956-dan da burada yaşıyram”.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qəzalı yaşayış evinin sakini - Sputnik Azərbaycan
1/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qəzalı yaşayış evi - Sputnik Azərbaycan
2/6
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qəzalı yaşayış evi - Sputnik Azərbaycan
3/6
© Sputnik / Rahim Mammadov90 yasli Şöbə Əliyeva
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Şöbə Əliyeva - Sputnik Azərbaycan
4/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Şöbə Əliyeva
© Sputnik / Rahim MammadovYaver Ibrahimova
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Yaver Ibrahimova - Sputnik Azərbaycan
5/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Yaver Ibrahimova
© Sputnik / Rahim MammadovNabat Hemidova
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Nabat Hemidova - Sputnik Azərbaycan
6/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Nabat Hemidova
1/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini
2/6
3/6
4/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Şöbə Əliyeva
5/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Yaver Ibrahimova
6/6
Mingəçevirdə qəzalı yaşayış evinin sakini Nabat Hemidova

İllərdir adıçəkilən ünvan yaşayanlar binanın külək, yağışdan sonra hər an çökəcəyindən narahatdılar. Həmçinin burada həşəratların çoxluğu sakinləri qorxuya salıb. Bina sakini Yavər İbrahimova deyir ki, bəzən gecələri yatmırlar.

“Evdə hər cür həşərət olur. Siçovullar, ilan, qurbağa. Allaha and olsun kələz də olur, gecəni səhərə kimi qorxa-qorxa yatırıq. Səhər açılanda sevinirik ki, nə yaxşı işıqlandı buralar. Gündüz vaxtı o həşəratlar çoxda yaxın gəlmir adama. Hara baxırsan siçovulla doludur” - deyə o bildirib.

Qeyd edək ki, hazırda qəzalı vəziyyətdə olan bina sakinləri üçün 6 il öncə, 40 mənzilli bina tikilməsi üçün şəhər ərazisində yer ayrılıb. Müvafiq sənədlər isə adiyyatı qurumlara göndərilib. Bu haqda Sputnik Azərbaycan-a Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Xəbər lenti
0