Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İspanlar məktublarına Nizaminin şəklini yapışdıracaqlar

© Sputnik / Murad OrujovМозаика с изображением Низами Гянджеви
Мозаика с изображением Низами Гянджеви - Sputnik Azərbaycan, 1920, 19.02.2021
Abunə olmaq
Üzərində böyük söz ustadı Nizami Gəncəvinin təsvirini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb

 

BAKI, 19 fevral — Sputnik. "Nizami Gəncəvi İli" çərçivəsində Azərbaycanın İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə İspaniyanın Dövlət Poçt və Teleqraf Cəmiyyəti tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş xüsusi poçt markaları nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində böyük söz ustadı Nizami Gəncəvinin təsvirini əks etdirən poçt markaları bütün İspaniya ərazisində dövriyyəyə buraxılıb.

Səfirlik tərəfindən bundan öncə də Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və publisist Əbdürrəhim bəy Haqverdiyevin 150 illik, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileylərinə həsr olunmuş xüsusi poçt markaları çap etdirilib.

Xəbər lenti
0