BAKI, 19 fevral — Sputnik. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə yeni bir sosial çarxa start verib. Bu barədə K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib: "Bu sosial çarxlarla biz qızlara edilən şiddətə, zorakılığa qarşı çıxıb cəmiyyətə mesaj veririk. Onları sevən hər kəsdən ricamız budur ki, paylaşaraq "ŞİDDƏTƏ YOX!!!" deyək".
Hüququ pozulan qız uşaqları ilə bağlı sosial çarxın fonunda məşhur mahnıdan misralar səsləndirilir.