CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

GPS bazubəndi olan qazi müharibəyə necə aparılıb? Rəsmi açıqlama

© Photo : AnewsAydın Ağazadə
Aydın Ağazadə - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş struktur bölmələrinə 7 gün müddətində məlumat verilməlidir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sputnik Azərbaycan-ın barəsində ərazini tərk etməmək qərarı olan, GPS bazubənd bağlanan qazi Aydın Ağazadənin müharibəyə necə aparıldığı ilə bağlı sorğusuna cavab verib.

Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 13.02.2021
CƏMİYYƏT
Həbs edilən qazinin cəzasına etiraz edildi

Dövlət Xidmətindən sorğuya verilən cavabda bildirilir ki, qismən səfərbərlik zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə könüllü olaraq müraciət etmiş 14.10.1991-ci il təvəllüdlü Ağazadə Aydın Nəbi oğlu barəsində hüquq mühafizə orqanlarından hər hansı cinayət, təqsirləndirici materiallar və məlumatlar Xidmətin yerli rayon şöbəsinə daxil olmayıb: "Məlumat üçün bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən, cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş struktur bölmələrinə 7 gün müddətində məlumat verməlidirlər".

Qeyd edək ki, üç medala layiq görülən Əsgər Aydın Ağazadənin məhkəmə zalında həbs edilməsi, onun barəsində müharibədən əvvəl heç yerə getməmək barədə qərar verildiyi, hətta ərazini tərk etməməsi üçün GPS bazubənd bağlandığı halda döyüşlərdə iştirak edərək yaralandığı barədə məlumat vermişdik. A.Ağazadənin bu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən könüllü kimi müharibəyə göndərilməsi ictimaiyyətdə geniş səs-küyə səbəb olmuşdu. Məlumat üçün onu da bildirək ki, təqsirləndirilən şəxs Aydın Ağazadənin Vətən uğrunda gedən döyüşlərdə iştirakı, göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsi yüngülləşdirici hal kimi nəzərə alınmaqla, Aydın Ağazadənin cəzasının yüngülləşdirilməsi məqsədilə Baş Prokurorun müavini tərəfindən 12 fevral 2021-ci il tarixdə apellyasiya protesti verilib. Aydın Ağazadə Cinayət Məcəlləsinin 177.2.1-ci (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.

Xəbər lenti
0