BAKI, 18 fevral — Sputnik. Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Sputnik Azərbaycan xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 13:45-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə qardaş ölkədə səfərdədir.
Məlumatda həmçinin bildirilir ki, Əli Əsədov və Fuat Oktayın sədrliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək. Forumda hər iki ölkənin özəl sektorunun 150-yə yaxın nümayəndəsi iştirak edəcək.
Bundan əlavə, cümə günü Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçiriləcək.