CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşkəsəndə baş verən qəza aradan qaldırılır - Bir neçə dəqiqəyə...

© AFP 2023 / NICOLAS ASFOURILampa, arxiv şəkli
Lampa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Hava şəraiti ilə bağlı Qax rayonunda da 110 k/v-luq elektrik xəttində qəza baş vermişdi. Hazırda Qaxa elektrik enerjisinin verilişi tam bərpa olunub.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. "Kəskin hava şəraiti nəticəsində Daşkəsən rayonunu təmin edən elektrik təsərrüfatında yaranan problemin aradan qaldırılması istiqamətində aparılan işlər yekunlaşmaq üzrədir. Bir neçə dəqiqədən sonra rayona elektrik enerjisinin verilməsi bərpa olunacaq".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri söyləyib. Qurum səlahiyyətlisi bildirib ki, hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, kəskin qar və buzlaşma səbəbindən xətdə qəza baş verib.

Qeyd edək ki, hava şəraiti ilə bağlı Qax rayonunda da 110 k/v-luq elektrik xəttində qəza baş vermişdi. Hazırda Qaxa elektrik enerjisinin verilişi tam bərpa olunub.

Xəbər lenti
0