CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan iki Avropa ölkəsindən məhsul idxalına qadağa qoyub

© REUTERS / EMILY ELCONIN Hind quşu əti, arxiv şəkli
 Hind quşu əti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.02.2021
Abunə olmaq
Finlandiya Respublikasının Cənubi Finlandiya və Çexiya Respublikasının Plzen inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Finlandiya Respublikasının Cənubi Finlandiya (Etelä-Suomen) və Çexiya Respublikasının Plzen (Plzensk) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Finlandiya Respublikasının Cənubi Finlandiya və Çexiya Respublikasının Plzen inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Xəbər lenti
0