BAKI, 18 fevral — Sputnik. Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Sputnik Azərbaycan-a Azərsu Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatına görə, buna səbəb rayonun Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı görülən tədbirlərdir.