Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 fevral — Sputnik. "Tərəfimizdən 57 adda ərzaq, 28 adda meyvə-tərəvəz, 51 adda isə tikinti məhsulları üzrə monitorinqlər aparmışıq".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “2020-ci ilin yekunları” adlı onlayn konfransı zamanı Xidmətin rəis müavini Məmməd Abbasbəyli deyib.
O bildirib ki, benzinin bahalaşmasından sonra marketlərdə aparılan monitorinqlərin nəticəsi olaraq süni artımın olmaması aşkarlanıb: "Yəni, bahalaşmanın əsası varsa, bu qanun pozuntusu hesab edilmir. Biz apardığımız monitorinqlər nəticəsində marketlərdə süni qiymət artımı müşahidə etməmişik".