CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan bu ölkələrə səfər edən şəxslərdən tələb olunan sənədlərin siyahısı açıqlandı

© Photo : AZALПассажиры в одном из залов Международного аэропорта Гейдар Алиев в Баку
Пассажиры в одном из залов Международного аэропорта Гейдар Алиев в Баку - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Gürcüstana səfər edən şəxslər tərəfindən tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim olunmalıdır.

BAKI, 17 fevral — Sputnik. Dövlət Miqrasiya Xidməti ölkəmizdən hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədləri açıqlayıb. Sputnik Azərbaycan-a Xidmətdən verilən məlumata görə, səfər edən şəxslərdən aşağıdakı sənədlər tələb olunur.

1. Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış PCR metodu ilə COVID-19 testinin neqativ nəticəsini təsdiqləyən tibbi arayış. (Rusiya üçün həmin tibbi arayış rus və ya ingilis dilində olmalıdır). Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.

2. Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini (daimi yaşama icazəsi olanlara aid deyil) və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

3. Gürcüstana səfər edən şəxslər tərəfindən tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim olunmalıdır.

Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir.

Xəbər lenti
0