ABŞ ordusunun "ən qəliz" təyyarəsini necə endirirlər - VİDEO

© AFP 2024 / ADEK BERRYDurbinlə müşahidə aparan əsgər
Durbinlə müşahidə aparan əsgər - Sputnik Azərbaycan, 1920, 17.02.2021
Abunə olmaq
Əldə olan məlumatlara görə, U-2-ni fərqləndirən cəhətlərdən biri velosiped tipli şassiləri və qanadlarının altında əlavə dayaqların olmasıdır.

BAKI, 17 fevral - Sputnik. ABŞ Hərbi Hava Qüvvələrinin U-2 kəşfiyyat təyyarəsinin ekstremal endirilməsi anlarının videosu yayılıb.

Sputnik Azərbaycan bildirir ki, videoçarxı Instagram sosial şəbəkəsində keçmiş təyyarəçi-instruktor Ross Frankemon paylaşıb. 

The Drive nəşri yazır ki, U-2 idarəetməsinə görə dünyanın ən qəliz təyyarələrindən biridir. Bu, özünü xüsusilə təyyarə endirilərkən büruzə edir. Yəni U-2 pilotunun həm fiziki, həm psixi durumu əla vəziyyətdə olmalıdır. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Ross Franquemont (@extremeross)

Yanvar ayında ABŞ HHQ nazirinin tədarük üzrə köməkçi vəzifəsini icra edən Uill Roper bildirmişdi ki, dünyada alqoritm müharibəsi dövrü başlayıb. Mütəxəssis qeyd etmişdi ki, hazırda amerikalı hərbçilər öz təyyarələrində, xüsusilə də U-2 hava kəşfiyyatçısında ikinci pilot qismində süni intellekt sistemindən istifadə edirlər. Bu sistem isə vaxtilə şahmat oyunu üçün hazırlanıbmış.

2020-ci ilin iyununda Popular Mechanics jurnalı ABŞ HHQ-nin U-2 kəşfiyyat təyyarəsini "uçan şəbəkə marşrutizatoruna" çevirmək planından bəhs etmişdi. 

Əldə olan məlumatlara görə, U-2-ni fərqləndirən cəhətlərdən biri velosiped tipli şassiləri və qanadlarının altında əlavə dayaqların olmasıdır. Eniş zamanı təyyarə eyni zamanda həm ön, həm arxa dayaqlar üzərinə "oturur", sürət tam azalana kimi istiqamət sükanları ilə balansı saxlamağa çalışır, bundan sonra ucluğu xizəyi xatırladan qanadların konsoluna söykənir.

Xəbər lenti
0