BAKI, 16 fevral — Sputnik. Ov üçün istifadə olunan sintetik torların satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı" verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, bəzi hallarda bu torlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir: "Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artırılmalıdır".
H.Əlzadə qeyd edib ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər.