BAKI, 16 fevral — Sputnik. "Bəzən böyük tikinti şirkətləri yeni çoxmərtəbəli binaların tikintisi üçün milyonlarla vəsait xərcləyir. Lakin adi razılaşma üçün aidiyyəti qurumlara müraciət etmirlər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, köhnə binaların sökülüb yerində müasir binaların tikilməsi vacibdir: "Lakin həmin ərazilərdə yaşıllığın köçürülməsi üçün rəy alınmır. Böyük tikinti şirkətləri kiçik məbləğləri ödəməkdənsə, gecə gizlicə ağacları kəsirlər. Sonra da böyük məbləğdə cərimə edilirlər".