Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilib. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.
1935-1938-ci illərdə kilsə muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürülüb və kafedral anbar kimi istifadə edilib.
1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılıb. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusilə qeyd etmək lazımdır.
2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.