BAKI, 16 fevral — Sputnik. BMT-nin baş katibi Antoniu Quterreş ölkələri "vaksin millətçiliyini" buraxaraq "vaksin həmrəyliyi" göstərməyə çağırıb.
Sputnik Azərbaycan bildirir ki, baş katibin sözlərini jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Düjarrik çatdırıb. Katib istəyir ki, ölkələr nəinki öz xalqlarının, kasıb dövlətlərin əhalisinin də peyvəndlənməsində yardımçı olsunlar. O, sabah BMT TŞ-nin iclasında çıxış edərək ölkələri həmrəyliyə səsləyəcək.
"Aydın məsələdir ki, seçdiyimiz yolla davam etsək, hamını lazımi tempdə peyvəndləyə bilməyəcəyik", - Düjarrik qeyd edib.
O deyib ki, hər ölkə özünün əsas vəzifəsi - öz xalqının qeydinə qalmaqla məşğuldur: "Ancaq inanırıq ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə, maliyyələşməni artırmaqla hökumətlər nəinki öz xalqlarının ehtiyaclarını qarşılayar, eləcə də inkişaf etməkdə olan dünyanı maliyyələşdirməklə gerçək həmrəylik nümayiş etdirərlər. Virusun ştammlarının sayı artır, çünki vaksinlər kifayət qədər sürətli işləmir. Bu, sizin hansı ölkədən - varlı, orta inkişaf səviyyəli, yaxud kasıb - olmağınızdan asılı deyil, hər kəs peyvəndlənməlidir".