BAKI, 15 fevral — Sputnik. “Bu gün birinci doza vaksinasiyadan keçdim, daha sonra isə işə getdim, hazırda yaxşıyam”. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, nə qədər çox insan sürətli şəkildə vaksinasiyadan keçsə, pandemiya ilə mübarizə o qədər effektiv olar: "Hər kəsi mümkün olduğu zaman peyvənd olunmağa dəvət edirəm”.